Biz türkdilli ölkələrlə münasibətlərə böyük əhəmiyyət veririk - Qazaxıstanın xarici işlər naziri

11:05 08.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstan türkdilli ölkələrlə münasibətlərin yaxşılaşdırılmasına böyük diqqət yetirir.

Hafta.az xəbər verir ki, bunu Qazaxıstanın xarici işlər naziri Muxtar Tiluberdi yerli mətbuata müsahibəsində bildirib.

Nazir deyib ki, Qazaxıstan çoxtərəfli və dostluq münasibətlərinə əsaslanan xarici siyasət yürüdür. M.Tileuberdi ölkəsinin bu kontekstdə beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevrildiyini vurğulayıb.

Bildirilib ki, bütün dünya virusla bağlı ciddi sınaq qarşısında qaldığı vaxtda türkdilli ölkələr COVID-19-la birlikdə mübarizə aparıblar.

“Qazaxıstan ümumi tarixi, qardaş dilləri və mədəniyyəti ilə bir-birinə bağlı olan türkdilli ölkələrlə münasibətlərin inkişafına böyük diqqət yetirir”, - deyə xarici işlər naziri qeyd edib.